İranlı generalın öldürülməsi Yaxın Şərqdəki vəziyyətin daha da pisləşməsi riskini artırdı.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirərlən deyib.
Xatırladaq ki, Süleymani ilə yanaşı Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub.
Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.