3 Yanvar 2020 20:59
2 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsinə səbəb olan kəşfiyyat məlumatlarını hansı ölkənin sızdırdığı bəlli olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İraqdakı Haşdi Şabi milis dəstələri Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi ilə bağlı məlumatların ABŞ-a iraqlı tərəfdaşlarının verdiyini bildiriblər. İraqdakı dairələrin kimliyi barədə isə informasiya verilməyib.

Məlumata görə, ölənlər arasında Süleymaninin kürəkəni də olub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın birbaşa göstərişi İraqın paytaxtı Bağddaddakı hava limanına 3 raket zərbəsi endirilib. Sui-qəsd nəticəsində Süleymani də daxil olmaqla 8 nəfər həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər