İtaliyanın Avstriya ilə sərhədində yerləşən Lutaqo qış kurortu bölgəsində sərxoş sürücü avtomobili Almaniyadan olan turist qrupunun üzərinə sürüb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 6 turist ölüb, daha 11-i isə xəsarət alıb. Yaralananlardan birinin vəziyyəti ağır olduğu üçün o, helikopterlə Avstriyanın İnsburq şəhərinə aparılıb.
Hadisə yerinə İtaliya Xilasetmə Xidmətinin 160-dan çox əməkdaşı cəlb olunub. Ölənlərin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.