ABŞ-ın başçılıq edilən beynəlxalq koalisiya İraq hakimiyyətinin tələblərini yerinə yetirərək qoşunlarını bu ölkənin ərazisindən çıxaracağını bildirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə koalisiyanın qərargahından İraq hərbçilərinə verilmiş məktuba istinadən “Reuters” agentliyi bildirib.
"Sizin bizdən qoşunları çıxarmağı tələb edən suveren qərarınıza hörmət edirik", - sənəddə deyilir.
Bildirilir ki, koalisiyanın qüvvələri "ən yaxın günlərdə və həftələr ərzində" yerini dəyişdirəcək.
Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkənin qanunverici orqanı eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib.