7 Yanvar 2020 13:37
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra ABŞ ordusu və Pentaqonu terror təşkilatı olaraq tanıyan qanun layihəsi qəbul edib.

Teleqraf.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, qanun layihəsi yekdilliklə qəbul edilib.

Parlamentin qanunvericilik təşəbbüsü nəticəsində qəbul edilən layihədə əksini tapan məqamlardan biri də İran hakimiyyətinin ölkənin Milli İnkişaf Fondundan “Qüds” xüsusi təyinatlı qüvvələrinə 200 milyon avro ayırmasını nəzərdə tutur.


Müəllif: Səxavət

Oxşar xəbərlər