İstanbuldakı “Sabiha Gökçen” adına Beynəlxalq Hava Limanı uçuşlar üçün müvəqqəti olaraq bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Buna səbəb sərnişin təyyarəsinin uçuş-eniş zolağından çıxması olub.
Telekanal qeyd etdiyi kimi hava limanından uçuşlar bu gün günortayadək təxirə salınıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. İnsidentin digər detalları barədə məlumat verilmir.