14 Yanvar 2020 08:17
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib.

Teleqraf.com xəbər verir ki, ötən gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac atəşkəslə bağlı sənədi imzalayıb. Lakin, Haftar bu günə kimi vaxt istəmişdi.


Müəllif: Teleqraf.com