14 Yanvar 2020 12:56
2 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kemerovo vilayətində yaşayan Azərbaycan diasporunun bir qrup nümayəndəsi bu bölgədə ölkəmizi təmsil edən diaspor təşkilatının olmamasından narahatdır.

Bu onların Teleqraf.com-a ünvanladıqları analitik məqalədən də aydın olur.

Məqalədə bildirilir ki, hazırda Rusiyada Azərbaycan diasporunun ümumi sayı yarım milyondan çoxdur:

"SSRİ dağılandan sonra müstəqillik əldə edən Azərbaycandan Rusiyaya miqrasiya axını artdı. Bununla əlaqədar olaraq Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının da sayı artdı. Onların vəzifəsi Azərbaycan mənşəli Rusiya vətəndaşları arasında Azərbaycan mədəniyyəti və dilini dəstəkləmək, rus mədəniyyətinə, adət-ənənələrinə və yerli qanunlara ahəngdar şəkildə uyğunlaşmaqda soydaşlarımıza kömək etməkdir. Rusiyada Azərbaycan təşkilatlarının sərbəst fəaliyyəti Qafqazda önəmli rol oynayan Azərbaycan dövləti ilə münasibətlərə müsbət təsir göstərir.

Rusiya-Azərbaycan əlaqələri Qafqazdakı münaqişəli vəziyyətin həlli üçün qarşılıqlı xarici siyasi fəaliyyətin vacib alətidir. Bu münasibətlərin atmosferi və səviyyəsi, həmçinin, Rusiya azərbaycanlılarının Rusiya cəmiyyətinə inteqrasiya dərəcəsindən asılıdır.

Sonuncu ilə bağlı problem yoxdur. Rusiya azərbaycanlıları milli kimliklərini qoruyaraq cəmiyyətə tam inteqrasiya olunublar. Hərçənd ki, bənzər vəziyyətlərdə qeyri-təbii assimilyasiya prosesi olmadan keçinmək mümkün deyil".

Daha sonra məqalədə qeyd edidlir ki, Azərbaycan ictimai-mədəni təşkilatları iki mədəniyyət arasında vasitəçi rolu oynayır: "Təəssüf ki, bu vasitəçilik həmişə konstruktiv formaya malik olmur. Bəzi diaspor təşkilatlarının rəhbərləri çoxdan oturduqları yeri itirməkdən qorxaraq, formalizmə yuvarlanır və özlərini təcrid vəziyyətinə salırlar. Bənzər duruma uzun müddətdir Rusiyada yaşayan və onun vətəndaşı olan Qasımov Fikrət Şövkət oğlunun başçılığı ilə Kemerovo regional ictimai təşkilatı – "Dostluq" düşüb.

Təşkilatın bəyan olunan məqsədi Azərbaycan xalqının adətlərini qorumaq və yaymaq idi; dini və milli bayramların qeyd olunması; Rusiya Federasiyasında yaşayan azərbaycanlıların biriyinin qorunub saxlanmasına və möhkəmlənməsinə yardım etmək; xalqlar arasında sülhün, dostluğun və həmrəyliyin möhkəmlənməsinə, sosial, milli və regional münaqişələrin qarşısının alınmasına kömək etmək; Rusiya Federasiyası ərazisində yaşayan azərbaycanlıların iqtisadi, sosial, hüquqi və mədəni-təhsil maraqlarının qorunmasına çalışmaq; sosial cəhətdən qayğıya ehtiyacı olan kateqoriyadan olan vətəndaşlara yardım üçün təşkilati, maddi və maliyyə şəraitinin və ilkin şərtlərin yaradılmasına köməklik edilməsi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası dostluq münasibətlərin inkişafına və möhkəmlənməsinə yardım göstərməkdir".

Məqalədə bildirilir ki, elə bu məsələlərlə bağlı vəziyyət yaxşı deyildi: "Təşkilat praktiki olaraq işləmirdi, mədəni komponent yox idi, mədəniyyət sahəsində dialoq isə dövlətlər arasında daha sıx əlaqənin rəhnidir. F.Qasımov Azərbaycan diasporu arasında anti-Rusiya məlumatları yayırdı. F.Qasımov ""Dostluq" Azərbaycan İcması”nın fəaliyyətindən şəxsi mənfəəti üçün istifadə edib, təşkilat tərəfindən keçirilən tədbirlərin əksəriyyəti həqiqətə uyğun gəlməyib və diaspor üzvləri tərəfindən toplanan vəsaitin əsas hissəsi F.Qasımovun şəxsi ehtiyaclarına sərf olunub.

F.Qasımov özünün iqtisadi və ictimai maraqları ilə bağlı məqsədlərini həyata keçirmək üçün öz qohumları Cəfərov Seymur Məhəmməd oğlu və Qasımov Tərlan Sabir oğlunu cəlb edib.

S.Cəfərov və T.Qasımov Kuzbas azərbaycanlıları ilə ünsiyyətdə olduqda onlar dəfələrlə F.Qasımovun maraqlarını təmsil etdiklərini bildiriblər. Onlar diasporun nüfuzundan özlərinin tamahkar maraqlarının həyata keçirilməsi üçün administrasiya nümayəndələrinin yanında, miqrasiya orqanları və polisdə dəfələrlə istifadə ediblər. Bundan əlavə, Kemerovo vilayəti administrasiyasındakı əlaqələrindən istifadə edən F.Qasımovun nəzarətində olan “Novostroy Mn” MMC tikinti şirkəti bələdiyyə müqavilələri imzalayıb, tenderlər və qrantlar udub.

Kuzbas polis əməkdaşları S.Cəfərov və T.Qasımovun yaşadığı ünvanda axtarış apararaq alkoqol məhsulları, narkotik maddə, döyüş sursatı müsadirə ediblər. Bu şəxslərlə əlaqədar polis əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci (maliyyə uçot sənədi və maliyyə təşkilatının hesabatının saxtalaşdırılması), 222-ci (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz olaraq əldə edilməsi, ötürülməsi, satılması, saxlanılması və ya daşınması) 223-cü (qanunsuz silah istehsalı) 228.1-ci (narkotik vasitələrin qanunsuz istehsalı, satılması və ya ötürülməsi, psixotrop maddələrin və ya onların analoqlarının, habelə narkotik və ya psixotrop tərkibli bitkilərin, onların hissələrin qanunsuz satılması və ya ötürülməsi) maddələri ilə cinayət işi açıblar.

Göstərilənlərdən sonra F.Qasımov nüfuzdan düşdü və Kemerovo vilayəti qubernatorunun sərəncamı ilə Kemerovo vilayəti Milli və İctimai Birliklərinin Koordinasiya Şurasının üzvlüyündən, habelə millətlərarası münasibətlərin harmonizasiyası üzrə işçi qrupunun üzvlüyündən kənarlaşdırıldı.

2019-cu ildə Kemerovo vilayətinin Mıskov şəhər məhkəməsinin qərarı əsasında Rusiya Ədliyyə Nazirliyinin Kemerovo vilayəti İdarəsi ““Dostluq” Azərbaycan İcması”nı ləğv edib.
Bu faktlar digər diaspor nümayəndələrini narahat etməyə bilməzdi. Bu əsaslar diasporda münaqişələrin yaranmasına xidmət etdi, bu, həmçinin, dövlətlərarası əməkdaşlığın səviyyəsində özünü əks etdirə bilər.

Sibir regionunun Kuzbas kimi ucqar bölgəsi üçün beynəlxalq tərəfdaşlarla iqtisadi əməkdaşlıq son dərəcə arzuediləndir. Bunun üçün regionun milli diasporları tam dəyərli mədəni və iqtisadi həyat yaşamalı, özünü təcrid etməkdən, daxili qarşıdurmalardan çəkinməli və xaricə açıq olmalıdır".


Müəllif: Səxavət

Oxşar xəbərlər