14 Yanvar 2020 19:39
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti ölkənin Hərbi Hava Qüvvələri üçün 200 yeni döyüş təyyarəsi almaq niyyətindədir.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Müdafiə naziri Acay Kumar bəyan edib.

Onun sözlərinə görə, “HAL Tejas” şirkətindən 83 hərbi təyyarənin sifarişini nəzərdə tutan müqavilə barədə danışıqlar artıq son mərhələdədir.

Qeyd edək ki, hazırda Hindistan Hərbi Hava Qüvvələrinin sərəncamında “Su 30 MKI”, “Mirage 2000”, MiQ-29, köhnəlmiş “Jaguars” və MiQ-21 “Bisons” döyüş təyyarələri var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər