ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti ilə bağlı işi Senata sabah göndərəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Polesi qapalı görüşdə, palatada Trampın impiçmenti maddələrinin Senata ötürülməsi ilə bağlı səsvermənin çərşənbə günü keçirilə biləcəyini bildirib. O, Nümayəndələr Palatasının deputatları arasında ittihamçıların adlarını açıqlamayıb.
Ötən ilin dekabrında Nümayəndələr Palatası Trampa qarşı iki maddə üzrə impiçment tələbi irəli sürüb. Bunlar prezidentin səlahiyyətlərin aşması və Konqresin işinə mane olması ittihamlarıdır.