15 Yanvar 2020 14:34
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bölgədə yaranmış gərginliyin ölkə iqtisadiyyatına vurduğu ziyan barədə danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Economic Times” xəbər yayıb.

“İran mövcud gərginliklər səbəbindən yüz milyardlarla dollar itkiyə məruz qalıb”, – deyə Cavad Zərif bildirib.

O, həmçinin əlavə edib ki, Yaxın Şərq regionunda vəziyyəti normallaşdırmaq lazımdır.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiya siyasətinə son verməsinin şərtlərini açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər