18 Yanvar 2020 09:14
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda eyni kastadan olmayan sevgilisini öldürmüş bir nəfər işlədiyi cinayəti bir televiziya proqramında etiraf edib.

Teleqraf.com xəbər verir ki, Çandiqar şəhərində yaşayan 27 yaşlı Maninder Sinq “News18” telekanalına gedərək canlı yayımda önəmli etiraf edəcəyini söyləyib.

Məlumata görə, qısa vaxtda yayıma çıxarılan Sinq qandonduran etiraflar edib. Fərqli kastadan olduğuna görə Sarbjit Kaur adlı qadınla evlənə bilmədiyini deyən Sinq gənc qadını öldürdüyünü deyib.

Cinayətkar yayımın bitməsindən dərhal sonra həbs olunub.

Kaurun cəsədi dekabrın 30-da bir mehmanxana otağında tapılmışdı.

Sinqin canlı yayımdakı etirafı sosial şəbəkə istifadəçilərinə “Joker” filmini xatırladıb. Xoakin Feniksin filmdə canlandırdığı Artur Flek obrazı canlı yayıma çıxaraq işlədiyi cinayətləri etiraf edir, bundan sonra isə proqramın aparıcısını öldürür.


Müəllif: Mənsur Rəğbətoğlu