Misirdə parlament seçkiləri bu ilin noyabr ayında keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkə parlamentinin qanunvericilik və konstitusiya məsələləri üzrə komitəsinin rəhbəri Baha Əbu Şəkka məlumat yayıb.
Onun sözlərinə görə, konstitusiyaya əsasən parlamentin hazırkı çağırışının işi 2021-ci il yanvarın 9-da başa çatır.
Əbu Şəkka parlament seçkilərinin 2020-ci ilin noyabrında keçiriləcəyini bildirib.