Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanı Suriya ilə bağlı götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.
Teleqraf.com xəbər ki, Çavuşoğlu Davos forumu çərçivəsində keçirilən panel iclasında 9 ildir davam edən Suriya böhranı ilə yanaşı Yəmən, Liviya və İraqdakı problemlərin bütün dünyaya təsir etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bütün bu problemlərin həllində Türkiyə fəal səy göstərir: “Türkiyə Suriya böhranından əziyyət çəkən 3,6 milyon insana ev sahibliyi etdi, suriyalıların ölkələrinə könüllü və təhlükəsiz qaydada qayıtmasına çalışdı”.
İdlibdə vəziyyətin hələ də kritik olduğunu deyən Çavuşoğlu mülki şəxslərə yönəlik hücumların qəbuledilməz olduğunu qeyd edib: “Suriya rejiminin qarantı olan Rusiyanın atəşkəs mövzusunda götürdüyü öhdəliklərə əməl etməsini gözləyirik. Cənab prezident Berlində də bunu Putinə yenidən xatırlatdı”.