23 Yanvar 2020 19:38
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd qanuni statusunu alıb və krallığın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatıb.

Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını nəzərdə tutan "Brexit" prosesi ilə bağlı 2016-cı ildə referendum keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər