24 Yanvar 2020 15:21
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi şərtlərini özündə ehtiva edən saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ş.Mişel öz “Tvitter” səhifəsində yazıb:

“Bu gün (yanvarın 24-də) mən Ursula fon der Lyayenlə birlikdə Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı sazişi imzaladım. Bəzi şeylərin dəyişməsi qaçılmazdır, ancaq bizim dostluğumuz davam edəcək. Biz münasibətlərimizdə tərəfdaş və müttəfiq olaraq yeni bir fəsil açacağıq”.

Bundan əvvəl Böyük Britaniyanın kraliçası II Yelizaveta ölkənin Avropa İttifaqından çıxması ilə bağlı billi imzalayıb, bundan sonra sənəd qanun status alıb. Buna qədər isə sənəd Britaniya parlamentinin Lordlar Palatası tərəfindən təsdiqlənmişdi.

2019-cu ilin dekabrında Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bildirmişdi ki, Moskva breksiti Avropa İttifaqının daxili işi hesab edir.

Britaniyanın Avropa İttifaqından yanvarın 31-də çıxacağı gözlənilir. Bundan sonra keçid dövrü başlayacaq, həmin müddətdə tərəflər ticarət danışıqları aparacaqlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər