25 Yanvar 2020 10:58
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Elazığ şəhərində 4.3 bal gücündə yeni zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qəndilli Rəsətxanası məlumat yayıb.

***

09:24

Türkiyənin Elazığ və digər bir neçə şəhərində - Malatya, Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfanı əhatə etmiş güclü zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Teleqraf.com xəbər verir ki, son məlumata görə, ölənlərin sayı 20-yə çatıb. 1015 yaralı var.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər.

Qeyd edək ki, dünən yerli vaxtla Elazığda 20:55-də 6.8 bal, 21:08-də isə 5.4 bal gücündə zəlzələ baş verib.

Zəlzələni ölkə sərhədlərindən kənarda da, 120 milyon əhalinin hiss etdiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər