Suriyanın şimal-qərbində minalanmış avtomobilin partlaması nəticəsində 8 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Hələbin şimalındakı Azaz şəhərində baş verən partlayış nəticəsində 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobil restoran və yanacaqdoldurma mərkəzinin qarşısında partladılıb.