İranın Xanmirzə şəhərində qəsdən adam öldürməkdə ittiham olunaraq, ölümə məhkum edilmiş 2 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, edam edilən məhkumlardan birinin 81 yaşı var.
Məlumata görə, 2 il əvvəl naməlum səbəbə görə qətl törədən və adı mediaya açıqlanmayan 81 yaşlı məhkum yanvarın 27-də dara çəkilib.
Həmin gün əyalətdə qətl ittihamı ilə daha 1 nəfər dar ağacından asılıb. Xanmirzə şəhər sakini olan və adı mediaya açıqlanmayan 31 yaşlı məhkum, 6 il əvvəl edama məhkum edilsə də, hökm dünən yerinə yetirilib.
Hər iki məhkumun əyalətin konkret hansı zindanında dara çəkilməsi barədə məlumat verilmir.