“Rusiya ilə İdlib məsələsinə dair Soçi və Astana anlaşması əldə olundu. Rusiya bu anlaşmaların şərtlərini yerinə yetirəcəyi halda, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəkdik. Amma təəssüf ki, Rusiya nə Soçi, nə də Astana anlaşmasına əməl etdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dostlarımız öz müttəfiqləri ilə müzakirələr aparırlar. Biz də onlara deyirik ki, İdlibdəki bombardmanı dayandırmasanız, biz də lazım olan addımları atacağıq. Səbrimiz artıq tyükənib. İndi də Hələbdən biz tərəfə atəş açırlar, bu da dayandırılmasa, göbəklərini kəsəcəyik”, - Ərdoğan vurğulayıb.
O, Suriyadan köç edən qaçqınlar haqda rusiyalı həmkarı Vladimir Putinlə danışdığını, amma məsələnin hələ də öz həllini tapmadığını bildirib:
“Əsədin zülmündən qaçanlar Türkiyəyə gəlir. Çadırlarda yaşayanlar da var. Amma hara qədər çadırlarda yaşayacaqlar? Bunu Putinə də demişəm”.