30 Yanvar 2020 15:12
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə görüşündə onun ABŞ-a səfərindən sonra Prezident Donald Tramp tərəfindən təklif olunan “Əsrin müqaviləsi”ni müzakirə etmək üçün görüşdüyü ilk dünya lideri olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, baş nazir bu barədə Rusiyaya səfərində danışıb.

O, bu barədə Putinin fikirlərini eşitmək istədiyini bildirib:

“Amerikalı dostlarımızla danışıqlar apardıq. Mən sizə bəzi şeylər barədə məlumat verə bilərəm. Siz Vaşinqtona səfərdən sonra görüşdüyüm ilk dünya liderisiniz. Mən sizinlə danışmaq, fikrinizi eşitmək istərdim”.

Hələlik Vladimir Putin “Əsrin müqaviləsi” (Fələstin-İsrail münaqişəsi) ilə bağlı mövqeyini açıqlamayıb.

İsrail baş naziri Rusiyada səfərdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər