İspan rəssam Salvador Dalinin İsveçin paytaxtı Stokholmda yerləşən bir qalereyadakı əsərləri oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qalereyanın sahibi Peder Enström məlumat verib.
Onun sözlərinə görə, naməlum şəxslər sərginin keçirildiyi binaya girib, məşhur rəssamın 10 və ya 12 əsərini oğurlayıb. Əsərlərin hər biri 20-50 min avro dəyərində qiymətləndirilir.
Oğurlanan şəxslərin ümumi dəyəri təxminən 3-4 milyon krondur (təxminən 300-400 min avro).
Polis istintaq başladıb.