1 Fevral 2020 17:12
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlamenti ABŞ-la hərbi əməkdaşlığı genişləndirməyi nəzərdə tutan müqaviləni təsdiq edib.

Teleqraf.com xəbər verir ki, layihə Yunanıstan hərbi bazalarında (Larissa, Stefanovikio və Dədəağac) Amerika hərbi qüvvələrinin sayının artırılmasını nəzərdə tutur.

Bu məqsədlə ABŞ Silahlı Qüvvələrinə məxsus əlavə döyüş gəmiləri, qırıcı təyyarələr və zirehli texnikalar Yunanıstan ərazilərinə dislokasiya ediləcək.

Anlaşmanın qəbul edilməsindən sonra açıqlama verən ABŞ Dövlət katibi Mayk Pompeo müaviləni hərbi əməkdaşlığın genişləndirilməsi üçün “məhək daşı” adlandırıb.

Müdafiə əməkdaşlığı anlaşması Pompeonun ötən ilin oktyabr ayında Afinaya səfərində imzalanmışdı. Layihənin qəbul edilməsindən bir gün əvvəl isə Yunanıstan Baş naziri Kiriakos Miçotasik Fransa döyüş gəmilərinin Aralıq dənizinin şərqində yerləşdiriləcəyini açıqlamışdı.

Yunanıstan hökuməti Türkiyənin Aralıq dənizinin şərqində təbii qaz axtarışlarına başlamasından sonra hərbi yardım üçün ABŞ-a müraciət etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər