“Ukrayna ABŞ-ın Krımı geri qaytaracağı iddiasına inanmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Tsekov deyib.
Tsekovun fikrincə, ABŞ Ukraynanı aldadır, buna görə də ukraynalılar amerikalılara inanmamalıdır:
“Ukraynanın Krımı geri qaytaracağı vədi verən ABŞ-a inanması sadəlövhlükdür. Amerikalılar Ukrayna cəmiyyətini aldadır. Onu aldadan Amerikadan kömək gözləmək yerinə daha real qüvvələrə (Rusiya) ümid etmək olar və Krımın tarixi seçimini tanımaq lazımdır”.
Yanvarın 30-da Kiyevə səfər edən ABŞ Dövlət katibi Mayk Pompeo Prezident Vladimir Zelenski ilə görüşdə Krım münaqişəsinin tənzimlənməsində Ukraynaya daha fəal kömək edəcəyini demişdi.