Fələstin Dövlətinin prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli üçün təqdim etdiyi “Əsrin razılaşması” sənədinə alternativ plan təqdim edəcək.
“Report” xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib. Onun sözlərinə görə, iclas 11 fevral tarixində keçiriləcək.
Qeyd edək ki, Mənzil-qərargahı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülh planı ilə bağlı təcili iclas keçirib.
Fələstinin tələbi ilə çağırılan fövqəladə iclasın yekununda kommünike qəbul edilib. Sənəddə “Əsrin razılaşması” adlandırılan planın ədalətsiz olduğu vurğulanıb.