24 Sentyabr 2014 16:41
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə uranı zənginləşdirmək niyyətində deyil və Ankaranın nüvə silahı yaratmaq planları yoxdur.

Trend xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız "TRT Haber" telekanalına müsahibəsində deyib.

T.Yıldızın sözlərinə görə, bir müddət əvvəl KİV-də yayılan informasiya Türkiyəyə ləkə yaxmağa yönəlib.
Nazir onu da bildirib ki, hazırda Türkiyədə nüvə silahının yaradılması üçün texnologiya yoxdur.

Bəzi kütləvi informasiya vasitələri məlumat vermişdi ki, ölkə Prezidentinin göstərişi ilə hazırda Türkiyə nüvə silahının yaradılması üzərində işləyir. O da bildirilmişdi ki, Ankaraya belə silahın yaradılması üçün texnologiya Pakistan tərəfindən verilib.


Müəllif:

Oxşar xəbərlər