24 Sentyabr 2014 21:42
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və digər dövlətlərin rəhbərlərinin Azərbaycanın hər hansı bir daxili işinə münasibət bildirməsi bir o qədər önəmli deyil”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov bildirib.

Onun sözlərinə görə, ABŞ bir çox ölkələrdə insan hüquqları adı altında apardığı siyasətlə müharibələrə sövq edir: “ABŞ və digər Qərb dövlətləri bilməli idilər ki, Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatlarına əl altından maliyyə dəstəyi vermək, onları müxtəlif fəaliyyətlərə sövq etmək, eləcə də başqa ad altında milyonlarla qrant verdikdə, əslində nəticənin belə olacağını bilməli idilər. Çünki bu təşkilatlar milyonlarla məbləği əldə edirdilər, qeydiyyatdan keçirmirdilər, təşkilatların hüququ sənədləri yerində olmayıb. Əgər Amerika, beynəlxalq, eləcə də Avropa təşkilatları qanuni fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə işləsəydilər, bu problemlə üzləşməzdilər. ABŞ-da və Avropa ölkələrində nəinki qeyri-hökumət təşkilatı, hətta hər hansı hüquqi şəxs qanundan kənar fəaliyyət göstərə bilməz. Bu gün Azərbaycanda həbsdə olan şəxslərin bir çoxu qanunlara riayət etmədən fəaliyyət göstəriblər”.

Ş.Camalov qeyd edib ki, Azərbaycan faktiki olaraq müharibə şəraitindədir: “Dövlətin yazılan qaydaları mövcuddur və düşmən ölkə ilə əməkdaşlıq etməmək kimi qaydalar dövlət tərəfindən tələb edilən normal qaydadır. Kim düşmənlə əməkdaşlıq edir, təbii ki buna görə cəzalanmalıdır. Buna görə də hesab edirəm ki, ABŞ-ın bu kimi təzyiqləri ikili standartlardan başqa bir şey deyil”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər