6 Fevral 2020 21:19
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçiriləcəyi haqqında qanun layihəsi təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, parlament sədri Ararat Mirzoyan qərarın 88 lehinə səslə qəbul olunduğunu açıqlayıb.

15:16

Ermənistan parlamentində Konstitusiya Məhkəməsinin (KM) sədri və üzvlərinin səlahiyyətlərinə erkən xitam verilməsinə dair referendum keçirmək haqqında qanun layihəsi təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtidardakı “Mənim addımım” fraksiyasının nümayəndəsi olan deputat Vahan Hovakimyan bildirib.

Layihəyə görə Konstitusiyaya düzəlişlərin qəbul edildiyi 2015-ci ildən əvvəl təyin edilmiş KM sədri və üzvlərinin səlahiyyətlərinə xitam verilməklə əvəzində qanuna görə ölkə prezidenti, Nazirlər Kabineti, hakimlərin ümumi yığıncağı tərəfindən təqdim edilənlər təyin olunur.

Baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyanın vəzifəyə saxtakarlıqla gəldiyini dəfələrlə bildirmişdi. H.Tovmasyan isə bunu siyasi təzyiq olaraq səciyyələndirib.


Müəllif: Teleqraf.com