8 Fevral 2020 08:17
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Luiziana ştatının Leyk-Çarlz şəhərində yüzlərlə insan norovirusa yoluxub.

Qeyd edilir ki, hadisə ötən həftə baş verib. “L'Auberge” kazinosunda azı 200 nəfər virusa yoluxub.

Ştatın Səhiyyə Nazirliyinin rəhbəri Leysi Kavano bildirib ki, virus çox güclü yoluxucu təsirə malikdir. "Hazırda bunun necə yayılmağa başlamasının heç bir əhəmiyyəti yoxdur. Bir halda ki indi biz cəmiyyətin daxilində virusun ötürülməsini müşahidə edirik", - o qeyd edib.

Norovirus kəskin bağırsaq infeksiyasına səbəb olur. Bəzən bunu bağırsaq və ya mədə qripi adlandırırlar.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər