ABŞ-a məxsus iki təyyarə bu gün Suriyadakı Rusiya hərbi bazası yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, sualtı qayıq əleyhinə P-8A Poseidon adlı patrul təyyarəsi və uzunmənzilli EP-3E Coach II elektron kəşfiyyat təyyarəsinin İtaliya və Yunanıstandakı hava limanlarından havaya qalxdığı məlum olub.
Hər iki təyyarə Suriya sahillərində iki saatdan çox uçub. Təyyarələr Hmeymim Hərbi Hava Qüvvələri bazası və Tartus limanında Rusiya donanması üçün maddi-texniki dəstək verən mərkəzdən 35 və 45 km aralı beynəlxalq sularda öz missiyalarını yerinə yetiriblər.