11 Fevral 2020 20:26
2 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo Suriyanın İdlib şəhərindəki gərginliklə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Tvitter hesabındakı paylaşımda dövlət katibi qeyd edib:

"İdlibdə hücum nəticəsində həyatlarını itirən hərbçilərin ailələrinə başsağlığı verirəm. Əsəd rejimi və Rusiya hücumları dayandırmalıdır. Jim Jeffreyi (ABŞ-ın Suriya üzrə nümayəndəsi) məsələləri koordinasiya etməsi üçün Ankaraya göndərdim. NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq".

Qeyd edək ki, Türkiyənin İdlibə göndərdiyi əlavə qüvvələr bu gün Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər isə yaralanıb.

Buna cavab olaraq Türkiyə ordusu Suriyanın şimalında, İdlib vilayətində Bəşər Əsəd rejiminin 101 hədəfini zərərsizləşdirib.

Bu gün Türkiyə Əsədin daha 51 hərbçisini məhv edib.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, TSK indiyədək rejimin 105 istehkam xəttini atəşə tutaraq qarşı tərəfi susdurub. Bununla yanaşı, rejimin 3 tank, 2 top, bir helikopteri TSK tərəfindən yararsız hala salınıb.


Müəllif: Teleqraf.com