Türkiyədə dələduzluq yolu ilə qurduğu şirkətlər vasitəsilə 30 min insanı aldadadaraq ölkədən qaçan Atakan. A Gürcüstanın Batumi şəhərində xüsusi əməliyyat nəticəsində həbs edilib.
Teleqraf.com xəbər verir ki, dələduzun Batumidə qaldığını müəyyən edən türk polisi gürcü həmkarları ilə birlikdə əməliyyat keçirib.
Müəyən edilib ki, Atakan. A Batumidə bir evdə gizlənir. Polisin əməliyyatı ilə dələduz həbs edilib.
Qeyd edək ki, Türkiyə hüquq mühafizə orqanları dələduz cinayətkarı interpoll vasitəsilə axtarışa vermişdi. Dələduz 30 min insanı aldadaraq milyonlarla dollar əldə edib.
Həbsindən sonra Atakan A-nın Türkiyəyə köçürüləcəyi gözlənilir.