14 Fevral 2020 11:47
3 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayının son iki həftəsində mindən çox raket hücumu qeydə alınıb. Səbir tükənib və Suriya ordusu öz torpaqlarının hər qarışını geri almaq qərarını verib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov deyib.

Açıqlamasında Türkiyəni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edən, türk əsgərlərinin Suriyada öldürülməsi faktının isə üzərindən sükutla keçən səfir Bəşər Əsədin İdlibi geri almaq niyyətinə dəstəyini ifadə edib.

Səfir əlavə edib ki, Suriya ordusu öz torpaqlarını geri almaq istəyir:

“Suriya ordusu öz torpaqları və xalqı üçün vuruşur. Bir qrup saqqallı əcnəbilərin diktə etdiyi şərtlərə görə deyil, ataları kimi yaşama haqları üçün savaşırlar. Bu səbəbdən də qanunsuz silahlı qurupların əlində olan kəndi və strateji əhəmiyyətli M5 şosesini xilas ediblər. Artıq kimsə hücuma məruz qalan Suriya ordusunu geri qaytara bilməz”.

Səfir qeyd edib ki, bəziləri üçün Dəməşqdə hökumət legitimliyi itmiş ola bilər, amma bəziləri üçün isə bu əksinədir:

“Belə düşünənlərin də sayı az deyil. BMT üzvlərinin böyük bir qismi bu hökuməti legitim sayır. Dəməşqi hər fürsətdə tənqid edən, amma əlaqələrini qoruyan və fərqli məsələlərdə əməkdaşlıq edənlər də var. “Müharibə iqtisadiyyatı” çox hiyləgər və maraqlıdır.

İkincisi, Dəməşq və Rusiyanın pozduğu iddia edilən 2018-ci ilin 17 sentyabr razılaşması nədir? Bu, ikili razılaşmadır və anlaşma çərçivəsində tərəflər üzərlərinə açıq və net öhdəliklər götürüb. Məsələn, Rusiya İdlibdə gərginliyi azaltmaq zonasında Türk müşahidə nöqtələrinin olmasını və bölgədə hərbi status-kvonun saxlanılmasını qəbul edib. Türkiyədə İdlibdə yaradılan 15-20 kilometrlik silahsız bölgədə radikal terrorçu qrupları, tankları, raketləri, artilleriya daxil olmaqla bütün ağır silahları oradan çıxardılması öhdəliyini götürüb. M4 və M5 quru yolunun açılması məsələsində də razılaşma əldə edildi. Nə oldu, terrorçular çıxarıldımı? Yollar açıldımı? Əgər, öhdəliklərinizi yerinə yetirə bilmirsinizsə, digər tərəflərdən öz öhdəliklərini yerinə yetirməyi tələb etmək haqqınız varmı? Razılaşma tərəflərinin öhdəlikləri “dialektik birlik” içində olmalıdır, əks təqdirdə bərabər tərəfdaşlıq haqqında danışmaq çətindir. Silahlı dəstələr tərksilah edilməyib və radikallarla liberallar bir-birindən ayrılmayıb. Nə fərq edər? Çox şey... Çünki terrorçular, onları kimsənin silahsızlaşdırmadığını və ayırmadığını görəndə ürəkləndilər və ötən ilin yazından etibarən Suriya hökumət ordusuna və Hmeymindəki rus hava bazasına hücumlar getdikcə artdı. 2019-cu ilin dekabr, 2020-ci ilin yanvarı dövründə Suriya ordusu mövqelərinə və ona yaxın kəndlərə hücumlar daha təsirli oldu. Ötən ilin dekabr ayında terrorçular tank, piyada avtomobillər, toplarla 1400-dən çox hücum həyata keçirib. Yanvarın ortalarında Türkiyə ilə birlikdə İdlibdə daha bir dəfə də atəşkəs elan etməyə çalışdıq. Nə oldu? Yanvarın sonuncu 2 həftəsində mindən çox hücum oldu, yüzlərlə suriyalı əsgər və mülki insan öldü, yaralandı. Dronlar vasitəsilə Hmeymimə hücumlar davam etdi. Burada da səbr tükəndi və Suriya orusu torpaqlarının hər bir qarışını almağa qərar verdi. Xüsusilə, qeyd edirəm Suriya ordusu öz torpaqları, öz xalqı üçün savaşır. Bir dəstə saqqallı əcnəbilərin şərtlərinə görə deyil, ataları kimi yaşama haqları üçün savaşırlar. Bu səbəbədən də qanunsuz silahlı dəstələrin əlindən onlarla kəndi və strateji əhəmiyyətli M5 quru yolunu xilas etdilər. Artıq kimsə hücuma məriz qalan Suriya ordusunu geri çöndərə bilməz”.

Səfir əlavə edib ki, Soçidə Türkiyənin varlığı mövzusunda anlaşılanda bu hərbi nöqtələrin müqavilədə göstərilən atəşkəsi və anlaşmanın yerinə yetirməsi qeyd edilib. Ancaq razılaşma yerinə gətirilmədi, toqquşmalar davam edir. Və belə bir sual ortaya çıxır: bu nöqtələrdə nə üçün müşahidə aparılır? Bu strukturların funksiyası nədir? Hərbi dildə bunun adı “möhkəmləndirilən mövqelərdir”.

Yerli KİV türklər möhkəmlənən mövqelərdən Suriya ordusuna artilleriya atəşinin açıldığını qeyd edir. Bu nöqtələr əslində cəbhənin arxasında qalıb və orada nə edirlər?”.

“Türkiyə İdlibdəki radikal və liberal silahlı dəstələri bir-birindən ayırma mərhələsinə başlada bilsə, nə olar” sualına gəldikdə səfir Erxov deyib ki, bu istiqamətdə müəyyən işlərin görülməsi yaxşı olardı:

“Ancaq bu asan deyil. Mütəxəssislərin dediyinə görə, bu gün orada vuruşan savaşçılar mülayim ola bilər, ancaq sabah bir terrorçu qrupun liderinə biət etdiyini də açıqlaya bilər, üstəlik 100 dolların qarşılığında. Sabah aldığı bu pulun qarşılığında Liviyaya gedər. Sözsüz ki, belə insanı oxşarlarından ayırmaq çox çətindir”.


Müəllif: Nemət Orucov