16 Fevral 2020 08:04
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, liderlər ikitərəfli münasibətlərlə yanaşı, regiondakı prosesləri də müzakirə ediblər.

Dövlət başçıları Suriyanın İdlib bölgəsindəki böhran vəziyyətinin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin Liviyada sülh və sabitliyin bərpa olunmasına dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılması üçün müzakirələrin yenidən başlanmasının vacibliyini qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər