16 Fevral 2020 12:15
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Rusiya ilə sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, Moteqi bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib.

“Mən qarşı tərəfə danışıqların davam etdirilməsi ilə əlaqədar öz fikirlərimi daha konkret şəkildə çatdırdım. Danışıqlar yeni mərhələyə keçir”, - deyə nazir qeyd edib.

Yapon nazir vurğulayıb ki, Moskva və Tokio əsas məsələlər üzrə müsbət mövqelərin müzakirəsinə başlayıblar.

Moteqi əlavə edib ki, o, Lavrovu yaxın zamanlarda Tokioya səfərə dəvət edib. Hazırda səfərin vaxtı dəqiqləşdirilir.

Bu ərəfədə Yaponiyanın Xarici İşlər naziri Yaponiya ilə Rusiya arasında məsləhətləşmələrin gedişində irəliləyişə nail olunduğunu da qeyd edib.

Yapon həmkarını dəstəklədiyini söyləyən Lavrov qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin davam etdiriləcəyinə inandığını bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər