“Avropa İttifaqının (Aİ) Liviyaya silah embarqosuna nəzarət qərarı uğursuz olacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Sülh Hökumətinin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
XİN-in açıqlamasında, Aİ-nin Liviyaya hava və qurudan silah embarqosuna nəzarət edilməsi qərarının, xüsusən də şərq sərhədlərində və hava məkanında müvəffəqiyyətli olmayacağı vurğulanıb.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Liviyaya silah satışına sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış edib. Qiyamçı General Xəlifə Haftarın liderliyindəki orduya qarşı döyüşləri davam etdirən Sülh Hökuməti isə bu qərarın qarşı tərəfin maraqlarına xidmət etdiyini bildirib.
Bu çağırışlara baxmayaraq, Türkiyənin Sülh Hökumətinə hərbi texnika və canlı qüvvə dəstəyi göndərməsi də müzakirə mövzusudur. Vətəndaş müharibəsində Haftar ordusunun əsas dəstəkçisi isə Rusiyadır.