20 Fevral 2020 19:31
4 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyadakı hərbi komandanlığı Türkiyəyə Əsədə qarşı olan silahlı qruplaşmaları dəstəkləməməyə, onlara silah verməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu gün Türkiyənin dəstəklədiyi silhalı müxalifət Əsəd ordusunun nəzarətində olan bir neçə kəndi azad edib, hərbi texnikaları ələ keçirib. Əməliyyat zamanı 3 Suriya əsgəri yaralanıb.

Buna cavab olaraq Rusiya hərbi təyyarələri İdlibdə irəliləyən türk əsgərlərini və müxalifləri bombalayıb.

İki türk əsgəri həlak olub, 5-i yaralanıb.

"Bloomberg"in xəbərinə görə, Türkiyə ABŞ-dan 2 "Patriot" ZRK batareyası istəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər