23 Fevral 2020 16:36
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Senator Berni Sanders şənbə günü Nevadada fraksiyaların qurultayında qalib olub. Bununla da o, Demokratlar Partiyasından ABŞ Prezidentliyinə namizədlər arasında liderliyini möhkəmlədib.

Teleqraf.com xəbər verir ki, Vermont ştatından olan liberal Sanders özünün yaxın rəqiblərini, o cümlədən İndianna ştatının Saut-Bend şəhərinin sabiq meri Pit Buttigegi, Massaçusets ştatından senator Elizabet Uorreni, Minnesota ştatından Emi Klobuçarı, sabiq vitse-prezident Co Baydeni və investor Tom Stayeri əhəmiyyətli dərəcədə qabaqlayıb.

Nevadada fraksiyaların qurultayı ABŞ-da Prezident seçkiləri gedişində səsvermənin mərhələlərindən biri hesab edilir, bu zaman ölkənin aparıcı iki partiyasından (Demokratlar Partiyası və Respublikaçılar Partiyası) olan nümayəndələr və fəallar ölkə prezidentliyinə daha uyğun namizədləri İrəli sürürlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər