24 Fevral 2020 12:07
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın BMT tərəfindən tanınan legitim Milli Sülh Hökuməti ABŞ-dan paytaxt Tripolidə hərbi baza qurmasını istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin Daxili İşlər naziri Fəthi Başağa açıqlama verib.

Nazir qurulacaq Amerika bazasının xarici ölkələrin Liviyaya müdaxiləsinə əngəl olacağını, terrorizmlə mübarizəni gücləndirəcəyini və ölkədə sabitliyə yol açacağını deyib.

Əlavə edək ki, Milli Sülh Hökumətinin uzun illərdir döyüşdüyü qiyamçı general Xəlifə Haftarın liderliyindəki Liviya Milli Ordusunun əsas müttəfiqi Rusiyadır. ABŞ-ın Liviyada hərbi baza quracağı halda, bunun bölgədəki gərginliyi artıracağı istisna edilmir.


Müəllif: Mənsur Rəğbətoğlu