İstanbulun Sabiha Gökçen hava limanında uçuş zolağından çıxaraq qəzaya uğrayan təyyarənin pilotu Mahmut Arslan həbs edilib.
Teleqraf.com xəbər verir ki, müalicə aldığı xəstəxanadan Anadolu Ədalət Sarayına gətirilən Mahmut Arslan “səhlənkarlıq səbəbindən ölümə və yaralanmağa səbəb olma” ittihamı üzrə həbs edilib.
Xatırladaq ki, fevralın 5-də İzmir-İstanbul aviareysini gerçəkləşdirən, 177 heyət sərnişin və 6 heyət üzvünün olduğu “Pegasus” hava yollarına məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Qəzada 3 nəfər həlak olmuşdu.