26 Sentyabr 2014 10:03
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adı açıqlanmayan Fransa vətəndaşı bu ilin mart ayında İŞİD-in nəzarətində olan Suriyanın Rakka şəhərində gizli çəkilişlər aparıb.

Teleqraf.com xəbər verir ki, İngiltərə və Fransa televiziyalarında yayımlanan video hicablı qadın tərəfindən çəkilib.


Rakka İŞİD-in əsasə şəhəri hesab olunur. Suriyanın ən böyük ikinci şəhəri olan Hələbə 100 mil uzaqlıqda yerləşir.

Rakka küçələrində "Kaleşnikov" avtomatları ilə gəzən insanlar görünür. Videoda sadəcə kişilər deyil, qadınlarında İŞİD-i qorumaq üçün silahla gəzirlər.

Videodakı silahlı qadınların çoxu fransızca danışır. Fransadan Suriyaya təxminən 150 qadının gedərək İŞİD-ə qoşulduğu bildirilir.

O qadınlardan biri maşına minərkən silahlı bir kişi onu çağırır və deyir. "Nəyə görə üzün örtülü deyil. Şəriətə görə belə geyinə bilməzsən". Qadın üzr istəyir və yoluna davam edir.


Gizli videoya əsasən demək olar ki, Rakkada heç bir əyləncə və musiqi yoxdur. Çəkiliş aparan xanımın girdiyi internet kafedə olan fransız qadınlar İnternetdə Parisdə yaşayan anaları ilə danışırlar. Qadınlardan biri "Ana mən geri gəlmirəm.Sənə açıq-açıq deyirəm. Bunu artıq başa düş. Burada çox rahatam. Ağlamanın heç bir faydası yox" deyir.


Müəllif:

Oxşar xəbərlər