İranın raket proqramını inkişaf etdirməsinə dəstək olan 13 ölkə vətəndaşı və şirkətinə ABŞ tərəfindən sanksiya tətbiq edilib.
Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pampep faktı təsdiq edib.
Sanksiyaya səbəb onların İranın raket proqramının inkişaf etdirilməsinə dəstək göstərməsi olub.
Dövlət katibi qeyd edib ki, Çin, Rusiya və İraq kimi 13 ölkə vətəndaşı və firmasına Nüvə Silahının Yayılmasının Məhdudlaşdırılması Razılaşmasına qarşı İranın raket proqramına dəstək verildiyi səbəbindən sanksiya tətbiq ediləcək.
Bəlli olub ki, şəxslərə və firmalara sanksiya tətbiqinin mahiyyətində ABŞ-a daxil olmaq qadağan edilir və onlara qarşı ticarət qadağası tətbiq olunur. Cavad