Rejim Soçi anlaşmasının tələblərini yerinə yetirməyə məcbur edilməlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Milyonlarla insanı sərhədimizə toplayan rejimin yaratdığı milli təhlükəsizlik probleminə bir də əsgərlərimizin qanının tökülməsi əlavə edildi. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Türk əsgərinə hücum edən rejimin hər üzvü məhv ediləcək. Bu kimi hücumlar bizi İdliblə bağlı qətiyyətli mövqeyimizdən geri addım atmağa vadar edə bilməz. Astana prosesinin tərəfləri və beynəlxalq ictimaiyyət öz vəzifələrini yerinə yetirməlidirlər”, - Ərdoğan bildirib.