29 Fevral 2020 18:46
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti, Taliban heyəti və ABŞ arasında 18 illik savaşı bitirəcək sülh müqaviləsi imzalanıb.

Teleqraf.com xəbər verir ki, müqaviləyə əsasən, 135 gün ərzində Əfqanıstanda ABŞ əsgərlərinin sayı 13 mindən 8 min 600-ə qədər azaldılacaq.

Taliban anlaşmaya riayət edəcəyi təqdirdə, 14 ay ərzində Əfqanıstandakı ABŞ və NATO hərbçiləri tamamilə bölgədən çıxarılacaq.

Sənəd ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad və Taliban lideri Abdul Qani Baradar imza atıb. Mərasimdə 30-dan çox ölkənin nümayəndələri iştirak edib.



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər