İtaliyanın Fossalto Bələdiyyəsinin baş terrorçu Abdullah Öcalana “fəxri sakin” statusu verməsinə Türkiyə tərəfi çox sərt münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada deyilir:
“İtaliyanın Fossalto Bələdiyyəsinin baş terrorçu Abdullah Öcalana “fəxri sakin” status verməsi bu caninin insanlığa qarşı törətdiyi ağır cinayətləri görməzdən gələn utancverici bir hərəkətdir.
40 mindən çox günahsız insanın qətlə yetirilməsinə cavabdeh, narkotik və insan ticarəti, çirkli pulların yuyulması, uşaq oğurluğu və digər mütəşəkkil cinayətlərdə yaxından iştirak edən, Avropa İttifaqı terror təşkilatları siyahısında yer alan PKK-nın və onun başçısının legitimləşdirilməsi cəhdləri bihudədir. Digər tərəfdən terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığın ruhuna tamamilə ziddir”.
Türkiyə XİN-in açıqlamasında daha sonra bildirilir:
“İtaliyada bəzi yerli idarəetmə qurumlarının oxşar qərarlarının son nümunəsini təşkil edən bu cəhd və bundan sonra ola biləcək oxşar cəhdlərə qarşı italiyalı rəsmilərdən terror təşkilatına qarşı mübürizədə əməkdaşlıq gözləntimizi bir daha ifadə edirik”.