7 Mart 2020 13:16
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli qadınlar sosial mediada yeni bir tendensiyaya başlayıblar.

Teleqraf.com xəbər verir ki, çinli aktrisanın başlatdığı kampaniyaya qoşulanların sayı durmadan artır.

Çen Şu adlı Çinli aktrisa, yaxasındakı dodaq boyasıyla əla bir "bacarıq" ortaya qoyduğunu düşünür. Onun “Weibo” sosial şəbəkə profilində paylaşdığı şəkillər 24 saat ərzində 200 milyon baxış alıb.

Çün Şunun sözlərinə görə, bu şəkildə dodaq boyası tarazlamağı bacaran qadınlar nə qədər arıq olduqlarını göstərirlər: “Bu yeni bacarıqdır. Gəl və mənimlə mübarizə apar”.

Qadınlar da körpücük sümüklərinin üzərinə dodaq boyası qoyaraq çəkdirdikləri fotolarını qadına göndərirlər.

Mütəxəssislər isə qadınların “ideal bədən quruluşu” anlayışından xilas olmalarının, sağlamlığın hər şeydən daha vacib olduğunu vurğulayırlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər