Türkiyənin müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı İdlibdə uzunmüddətli sülh və bu regiondan 1 milyondan artıq qaçqının evlərinə qaytarılması üzrə fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, qaçqınların 80 faizdən çoxu qadınlar və uşaqlardır.
Bildirilir ki, tərəflər İdlibdə davamlı atəşkəsin, regionda sülhün və sabitliyin təmin olunması üçün səylərin davam etdiriləcəyini vurğulayıblar.
Həmçinin nazirlər əldə olunmuş razılaşmalardan irəli gələn öhdəliklərə sadiq olduqlarını qeyd ediblər.