Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa yoluxanların sayı 85-ə çatıb.
Teleqraf.com xəbər verir ki, BƏƏ-nin Səhiyyə Nazirliyi sutka ərzində daha 11 nəfərin bu təhlükəli virusa yoluxduğunu bildirib.
Nazirliyin məlumatında qeyd olunub ki, koronavirusa son yoluxanlar arasında İtaliya, habelə Monteneqro, Kanada, Almaniya, Filippin, Pakistan, Rusiya, Böyük Britaniya vətəndaşları var. Xəstələrin vəziyyətinin sabit olduğu bildirilir.
BƏƏ-nin ən çox turist qəbul edən Şarjah, Dubay və Əbu-Dabi aeroportlarında nəzarət tədbirləri gücləndirilib.