27 Sentyabr 2014 11:46
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu, (BVF) Ebola xəstəliyinin vurduğu zərər görə Qərbi Afrika ölkələrinə 130 milyon dollarlıq təcili yardım göndərəcək.

Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu məbləğ Liberiyaya 49, Qvineya 41 və Sierra Leoneye 40 milyon dollar olmaqla bölüşdürüləcək.

Üç ölkəyə aparılacaq yardımın büdcə kəsirləri üçün istifadə ediləcəyini açıqlayan BVF rəhbəri Kristin Lagarde bu ölkələrə daha çox ianə göndərilməsi üçün də müraciət etdiyini bildirib: “Qvineya, Liberiya və Sierra Leonedaki Ebola virusu bir çox şəxsin həyatına son qoyub. Belə böhranlar dərin iqtisadi nəticələrə də gətirib çıxara bilər. BVF, xəstəliyin sürətlə yayılmasının nəzarət altına alınması və iqtisadiyyatın yenidən bərpa edilməsi üçün epidemiyadan əziyyət çəkənlərə yardım etmək üçün davamlı işlər görəcək”.

Lagarde üç ölkənin 170 milyon dollara daha ehtiyacı olduğunu vurğulayıb.

Bu arada, Dünya Səhiyyə Təşkilatının (DSÖ) son məlumatlarına görə Qərbi Afrikada 6263 nəfərin Ebolaya yoluxduğu müəyyən edilib, bunlardan 2917-i həyatını itirib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər