Serbiyada COVİD-19 koronavirusunun yayılması səbəbilə fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkədə prezidenti Aleksandr Vuçiç bəyan edib.
A.Vuçiç deyib: "Serbiya bu gündən etibarən görünməz düşmənə, virusa qarşı müharibə aparır, bizim ölkəmizqalib gəlməlidir. Konstitusiyaya, müdafiə nazirinin məktubuna, mənim məktubuma və baş nazirin məktubuna əsaslanaraq biz fövqəladə vəziyyətin tətbiq edilməsinə qərar verdik".